`Yelo bank` İFLAS YOLUNDA... - məhkəmə çəkişmələri, zərər və...
Azərbaycanın bank sistemi bilindiyi qədər yüksək faizli kreditlər üzərində qurulub. Yəni ölkədə bankların fəaliyyəti bundan ibarətdir: yüksək faiz, komissiya haqqı, kəsəsi, müştərilərə yeni nəsə təklif etmədən kustar üsulla pul qazanmaq...
Bu da çoxsaylı şikayətlər, məhkəmə çəkişmələri və başqa problemlərlə müşayiət olunur. Əgər məhkəmə siyahılarına baxsanız, ən çox banklardan şikayət olduğunu görə bilərsiniz. Onların sırasında liderlərdən biri "Yelo bank"dır. Əvvəl adı
"Nikoil bank" olan, rebrendinq edərək "Yelo bank" adlanan bu struktur sanki vətəndaşlarla müharibədədir. Anaxeber.info bu mövzuda araşdırma aparıb və təqdim edəcəyimiz faktlardan da görmək olar ki, "Yelo bank" müştəri məmnuniyyəti yox, narazılığı tərəfdarıdır.
Əvvəla, ən çox məhkəməyə verilən banklardan biridir "Yelo bank". Müştərilər müxtəlif iddialarla mülki iş qaldırıblar. Adekvat olaraq bankın da məhkəməyə verdiyi vətəndaşlar az deyil. Bunu internet resurslarında hər gün yayılan xəbərlərdən görmək mümkündür. Misal üçün Yelo Bank” Gəncədə bir qrup vətəndaşı məhkəməyə versə də, şikayəti qeyri mümkün hesab edilib. Bank 6 Gəncə şəhər sakini ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəməyə verilənlər Əliyeva Vəfa, Cabbarlı Oqtay, Əliyev Fariz, Əliyev Vaqif, Mustafayev Namiq, Əliyev Elşəndir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank kredit müqaviləsi problemi səbəbindən məhkəməyə müraciət edib.
Başqa nümunə - "Yelo Bank” vətəndaşa göstərmədiyi xidmətə görə haqq tələb edir.
Bu problemlə Rəşad Balayev üzləşib. O bildirib ki, “Yelo Bank” nə ona göndərilən pulu qəbul edir, nə də geri qaytarır: “Koreyadan mənim hesabıma750 usd pul göndəriblər. “Yelo Bank” pulu qəbul etmir, geri də qaytarmır ki, xidmət haqqı tutulacaq. Bu nə dərəcədə doğrudur? Pulu qəbul etməməyin səbəbi odur ki, tələb edirlər ki, onlara bu pulun niyə göndərildiyi ilə bağlı əsas göstərməliyik. Geri də qaytaranda xidmət haqqı tutulacağını deyirlər. Göstərilməyən xidmətə görə haqq tutmaq nə dərəcədə düzgündür?”
Düzdür, 2024-cü ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib.
Lakin qırmızı zonaya düşən sonuncu bank isə 2,48 indeksi ilə “Yelo Bank” olub. Yəni narazılar sırasında liderlərlə yanaşı dayanır.
Yelo Bank” ASC-nin maliyyə göstəricilərində də ciddi azalma baş verib. Ötən ilin dekabr ayının 31-dən cari ilin aprelin 1-nə qədər bankın aktivləri 27.81 faiz və ya 435 milyon 640.98 min manat azalıb. Dekabrın 31-də aktivlərdə 1 milyard 566 milyon 452.88 min manatlıq vəsait qeydə alınmışdısa, aprelin 1-nə qədər bu həcm 1 milyard 130 milyon 811.90 min manat olub.
Yelo Bank” 2024-cü ilin ilk rübündə əmanət portfelinin 35%-ni itirib.
Bu ilin ilk rübündə bankın depozit portfeli 454,8 milyon manat azalaraq 837,2 mln. manata enib. İlin əvvəlində bu rəqəm 1 mlrd. 292 mln. manat olub. Kəskin azalmaya səbəb şirkətlərin bankdan böyük həcmdə vəsaiti çıxarması olub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ilin ilk üç ayında 720,6 milyon manatdan 213,8 milyon manata enib.
Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.
 

Bölmənin digər xəbərləri

28 Sentyabr 2024 Azərbaycanda devalvasiya olacaq? - Nazir iddialara cavab verdi
28 Sentyabr 2024 General Cəbrayıl Xanlarovun 4.2 milyonluq tenderi ləğv edildi
27 Sentyabr 2024 “Tost” maliyyə pramidası “partladı” – Pulları götürüb aradan çıxdılar
27 Sentyabr 2024 Dövlət bankları ilə bağlı yeni qərar - Bu tələb sərtləşdirildi
27 Sentyabr 2024 “İtaldizayn” bu dəfə gömrük qaydalarını pozdu - CƏRİMƏ
27 Sentyabr 2024 AİİBNX Sahil Babayevin “sirri”ni açdı
26 Sentyabr 2024 Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – MƏHKƏMƏ ARAŞDIRIR
26 Sentyabr 2024 Aİ Ukraynaya 35 milyard avro kreditin verilməsi imkanını nəzərdən keçirəcək
26 Sentyabr 2024 ELMAN RÜSTƏMOV MALİYYƏ PROBLEMİ YAŞAYIR? - “Səba” yaratdığı şirkətlərdəki paylarını satır
25 Sentyabr 2024 Kimlərin maaşı artacaq? - VACİB AÇIQLAMA
25 Sentyabr 2024 Sabahdan qatarlarda qiymətlər belə olacaq - CƏDVƏL
25 Sentyabr 2024 Bakıda ev qiymətinə qarajlar satılır - VİDEO
24 Sentyabr 2024 Bu məhsulun qiyməti minimuma düşdü - Alan yoxdur
24 Sentyabr 2024 Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 17 % artıb
23 Sentyabr 2024 Fransanın dövlət borcu AÇIQLANDI
22 Sentyabr 2024 Kərə yağının qiymətində KƏSKİN ARTIM: Alıcılar narazıdırlar - VİDEO
22 Sentyabr 2024 “Kapitalbank”dan müştərilərinə “birbank” dələduzluğu - Komissiyasız köçürmədən gizlin “mədaxil faizi” tutulur
21 Sentyabr 2024 BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
21 Sentyabr 2024 Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH
21 Sentyabr 2024 Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq Konqdur - Siyahıda Bakıda var

Dünyapress TV

Xəbər lenti